Hər dəm ğəmində naləvü ahim yetər mana
Hər dəm ğəmində naləvü ahim yetər mana. Dünya yüzündə ol yüzi mahim yetər mana.
İsbat qılmışam rüxi-zərdü əşki-sürximi, Də’viyi-eşqə böylə güvahim yetər mana.
Aləm xəlayiqi mənə cümlə həsud ola, Ol asitanın iti pənahim yetər mana.
Zahid, ögünmə, taleyi, sə’dəm deyib yügüş, Sən var işinə, bəxti-siyahim yetər mana.
Kəsmə ümid rəhməti-həqdən, Xətayi, sən, Cümlə xətadə lütfi-ilahim yetər mana.
Lüğət: Güvah – şahid; Asitan – eşik, astana, hökmdar qapısı; Siyah – qara