Hər aşiqin ki, sən kimi bir məhcəmalı yox
Hər aşiqin ki, sən kimi bir məhcəmalı yox, Nöqsanı var ki, eşqinin əsla kəmalı yox.
Yüz xətt ilə küsuf edə xurşidi-tələtin, Mehrin dilimdə zərrə qədər bir zəvalı yox.
Ey bəxtimin sitarəsi, xətt içrə ruyüvi Gər ay tutuldu dersə görənlər, vəbalı yox.
Yüz vədeyi-visal eləsin ol pəricəmal, Hərgiz gəlib görünməsinin ehtimalı yox.
Seyyid, qayıt, bu mərhələdən kəs ayağını, Axır bu rahi-meykədənin bir məalı yox.