Əsas məzmuna keç

Qəzəl

Hər aşiqin ki, sən kimi bir gülyanağı var

Seyid Əzim Şirvani

1

Hər aşiqin ki, sən kimi bir gülyanağı var, Lalə kimi, əyandı ki, köksündə dağı var.

Könlümü tazə dağlərin rövşən eyləmiş, Şami-qəmində, şükr, onun şəbçirağı var.

Sünbül özünü zülfüvə oxşatdı bir gecə, Gördü xətadır, indi pərişan dəmağı var.

Ta qoymaya dodağını dilbər dodağıma, Mən bavər etmənəm ki, o mahın dodağı var.

Ta xari-möhnətin dili-pürxunə sancılıb, Ey gülüzar, lalə gülün gül fərağı var.

Seyyid yetirdi axır özün xüm ayağına, Başında şuri-nəşəsi, əldə əyağı var.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.