Hər aşiqi-dilsuxtə bir meyldə qaldı
Hər aşiqi-dilsuxtə bir meyldə qaldı, Məcnuni-siyəhbəxt qəmi-Leylidə qaldı.
Məcnun ilə bir məktəbi-eşq içrə oxurdum, Mən xətmi-kəlam etdim, o «Vəlleyl»də qaldı.
Sandım ki, tutan damənini vəslə yetər, mən Tutdum ətəgin eylə, əlim zeyldə qaldı.
Hər kəs ki, çatıb vəslüvə rizvanə yetişdi, Hicrində qalan çahə düşüb Veyldə qaldı.
Tufanə verib mərdümi-çeşmim bu cahanı, Viranə könül kəşməkeşi-seyldə qaldı,
Sərxeyli-cünun Qeys ilə Fərhad idi saydım, Seyyid, dəxi bizdən çıxıb, ol xeyldə qaldı.