Əsas məzmuna keç

Qəzəl

Həqq əzəl meyxanəsindən verdi bu cami mana

Şah İsmayıl Xətai

1

Həqq əzəl meyxanəsindən verdi bu cami mana, Kainat əhli təəccüb qıldılar qamu mana.

Bilməz idim xətti-rüxsarın sifatın söyləmək, Fitnə çeşmin qəmzəsi öyrətdi ilhamı mana.

Səbrü aramım gedibdir, görməzəm eynimdə xab, Firqətin bir eyləmişdir sübh ilə şami mana.

Çox cəfa hasil olur səndən mana, ey bivəfa, Aqibət eylər xəyalın rəsmi-bədnami mana.

Köynəyindən çıx dedim şol sərvi-gül xəndanıma, Zərrəcə qayınmadı, göstərdi əndami mana.

Ey Xətayi, zülfinin zəncirinə qeyd etmə dil, Danədir xali anın, həm zülfidir dami mana.

Lüğət: Qamu – hamı; Xətt – yanaq, yazı; Çeşmi – giryan – ağlar göz; Xab – yuxu; Firqət – ayrılıq; Şol – o; Dil – ürək

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.