Əsas məzmuna keç

Qəzəl

Həqiqət həqqi biləndir, verən varını yəğmaya

İmadəddin Nəsimi

1

Həqiqət həqqi biləndir, verən varını yəğmaya, Təraş olub nəməd geyən dolaşmadı bu sevdaya.

Səfasız sufiyi gör kim, haram der, dinləməz sazı Ki, əhli-həq olan kişi, nə qəm, girsə kəlisaya.

Təkəbbür olma, ey münkir, vücudun bəhrinə qərq ol, Həzaran mə’ni assi edər ki, qərq olan bu dəryaya.

Çıxıb mənbərdə, ey vaiz, yeyin gərm olma, əbsəm dur, Daha məşğul idi şeytan ki, səndən zöhdü təqvaya.

Nəsimi, qəlbini pak et, cahan sevdalarından keç Ki, mən əbdəm və ol mövla ki, nəsnə girməz araya.

______________________Milli Kitabxana_______________________

Lüğət: Yəğma – Qarət; Nəməd – Keçə; Sevda – 1. Öd, 2. Məhəbbət; Münkir – Inkar edən ______________________Milli Kitabxana_______________________; Həzaran – Yüzlərlə; Assi – Xeyir; Gərm – İsti; Əbsəm – Lal; Dur – Uzaq; Zöhd – Asketizm; Nəsnə – Bir şey

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.