Əsas məzmuna keç

Qəzəl

Həqi könlündə sir saxla, özündən bixəbər sufi

Şah İsmayıl Xətai

1

Həqi könlündə sir saxla, özündən bixəbər sufi. Bu dəryadən dərin sirri nə bilsün dəngəsər sufi.

Tanımamış o, nəfsini, necə bilsün ki, rəbbini, Qalıbdır ladə, illadə, görün nə zikr edər sufi.

Sevibdir sim ilə zərri, qoubdur vəsli-dildari, Əgər doğrusunu dersəm, olur xəşm ilə nər sufi.

Özüni bilən ər sufi, həm oldur sufiyi-safi, Desən rəvadurur anə, gəl ey sahib nəzər sufi.

Xətayi, mürşidü pirlər əlini tutub ar etmə, Əgər arif isən, anla, kərəm qıl, olma xər sufi.

Lüğət: Sufi – səqərlat – sufilərin geydiyi yun paltar; Sirri – əf’al – işlərin sirri; İlla – ancaq, savayı, başqa; Zikr – anma, söyləmə; Sim – gümüş; Vəsl – qovuşmaq

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.