Əsas məzmuna keç

Qəzəl

Həq təala çaldı bir seyqəl bu güzgüm pasinə

Şah İsmayıl Xətai

1

Həq təala çaldı bir seyqəl bu güzgüm pasinə, Könlümün sevdasi yoxdur bu cəhan ğövğasinə.

Neçələr dünyayə gəldi, neçələr dəxi gəlür, Bir bəqa yurduni dutub yox degil fənasinə.

Canü baş tərkin qılub təcrid ol ğəvvas ilən, Əlbəttə kim, uğraşur ol gövhərin dəryasinə.

Ey könül, tə’rif eylə, ğazilərdən al dua, Şah edir ki, yarlığaram qulu qul duasinə.

Canını şükranə ver, başun ilə çox oynagil, Ta yenüb nəfsini çalgil Kə’bəteynin tasinə.

Nəsnə kim, həqdən gələndir, ondan olgil bigünah, Ey könül, var şadkam olgil həqin cəfasinə.

Ey Xətayi, bu yalançı dünyanın tərkini qıl, Keç onun qalü qiyliyindən, şad ol səfasinə.

Lüğət: Nəsnə – şey

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.