Əsas məzmuna keç

Qəzəl

Həq ləbindən ğönçəni gülşəndə xəndan eyləmiş

Şah İsmayıl Xətai

1

Həq ləbindən ğönçəni gülşəndə xəndan eyləmiş, Leyk bu naziklik ilən anı xandan eyləmiş?

Qamətinin gül kimi tərhin götürmüş bağban, Bağda əksindən anın sərvi-xuraman eyləmiş.

Div oğurlamışdı bir zərdə dəhanın nəqşini, Varmış andan xatəmi-möhri-Süleyman eyləmiş.

Zülməti-zülfində içmiş ləblərin abini Xızr, Heyyi-baqi bulmuş, adin abi-heyvan eyləmiş.

Şanədən məşşatə salmış bir saçın qılın yerə, Sərbəsər xaki-cəhanı ənbərəfşan eyləmiş.

Arizin bağında bir mürği-hərim olmuş Xəlil, Ol səbəbdən həqq ana odu gülüstan eyləmiş.

Bu Xətayi qanını tökməkdə ikən tökmədin, Anda hər müfti ki, mən’ etmiş bəsi qan eyləmiş.

Lüğət: Xəndan – gülən; Tərh – atmaq, qaralama, layihə; Dəhan – ağız; Xatəm – üzük; Abi – həyat – dirilik suyu; Şanə – daraq; Məşşatə – zinət verən, gəlini bəzəyən qadın; Sərbəsər – başdan-başa; Ariz – yanaq; Mürği – hərim – məhrəm quşu; Hərim – məhrəm yer; Bəsi – çox

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.