Əsas məzmuna keç

Qəzəl

Həq kəlamı sevmişəm, sireyi-yasindən mədəd

Şah İsmayıl Xətai

1

Həq kəlamı sevmişəm, sireyi-Yasindən mədəd Kim, mana incili-fürqanın duasindən mədəd.

Ey behəqqi mö’cizati verdin ol Musayə sən Kim, mana Musayi-İmranın əsasindən mədəd.

Ey yaradan aləmi ol şahi-xuban eşqinə, Ol rəsuli-axiratın mö’cizasindən mədəd.

Kim ki, kamin almadı, dünyadə oldur binəva, Binəvanıın vergilən, yarəb, nəvasindən mədəd.

Bu Xətayi der: – Əzəldən mən imamin quluyam, Ey imami-həqq Əliyül-Murtəzasindən mədəd.

Lüğət: Mədəd – kömək

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.