Həmmam ilə ənis dünən nazlı yar olub
Həmmam ilə ənis dünən nazlı yar olub, Hər tük tənimdə bir müjeyi-əşkbar olub.
Dirilik suyum axıb yoluna damcı-damcı, ah, Bais bu halıma yenə ol gülüzar olub.
Peykanları bu dərdli könüldə nihan idi, Hər yandan indi, bax, necə gör aşikar olub.
Görmüş gözüm o şöləyi-şəmi-cəmalını, Sübhə kimi işim gecələr ahü zar olub.
Şadlıq cəmalını bəzəyib rişteyi-tənim, Hər tarini görüncə düri-şahivar olub.
Hər tük tənimdə min qəmə-dərdə dönüb bu gün, Irmiş vüsali-yarə könül qəmnisar olub.
Təkcə Füzuli göz yaşı tökmür yolunda, yar, Hər kəs o sərv qəddi görüb, biqərar olub.