Əsas məzmuna keç

Qəzəl

Həmişə feyzi-bəqadır bu zövqi-cam mənə

Məhəmməd Füzuli

1

Həmişə feyzi-bəqadır bu zövqi-cam mənə, Qalan bu ömrüm olur nəşeyi-müdam mənə.

Bu rütbə ilə bərabər deyil mənimlə mələk, Olubdu dərgəhi-piri-müğan məqam mənə.

Şərab üçün bizə hörmət edir o piri-müğan, Müdam əyilməsidir şəksiz ehtiram mənə.

Mənim kimi hanı dünyada eşq risvası, Bu səltənət verib aləmdə ehtişam mənə.

Bənövşə tək başımı əymərəm, gözəl, mişkə Ki, zülfün ətri kifayətdi sübhü şam mənə.

Çıxart, gözüm yaşı, gözdən o xari-müjganı, Bu yerdə görsənir ol sərvi-xoş xüram mənə.

Füzuli, yetdi bu gün zülfünə nigarın əlim, Şükr ki, çərxi-fələkdən yetişdi kam mənə.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.