Əsas məzmuna keç

Qəzəl

Həmdüllillah kim, camalından cahan pürnurdur

İmadəddin Nəsimi

1

Həmdüllillah kim, camalından cahan pürnurdur, Şol cəhətdən mülki-can viranəsi mə’murdur.

Yeddi ayətdir ki, yazmış dəsti-paki-ləm-yəzəl, Xətti-mişkin rəqqi-mənşur üstünə məsturdur.

Oxuyan hərfü kitabü xəttin, ey can, bildi kim, Əhmədə tahavü yasin, Musaya vət-turdur.

Qibləyi əhli-səfa dedi əmini-ənbiya, Səcdə bil kim, qibləsiz cayiz degil, məşhurdur.

Kim ki, can tərk etmədi yolunda gerçək dilbərin, Gər ənəlhəq söyləsə sən sanma kim Mənsurdur.

Fatihə, sövmü səlatü rövzeyi-Darüssəlam, Xazini-əbvabi-cənnət həm nəimü hurdur.

Qaməti sərvü sözü şəkkər, ləbi abi-həyat, Surəti həqdir, üzü gör kim, nə xoş mənzurdur.

Həqqə minnət, çün Nəsimi buldu vəslindən bərat, Şol cəhətdən dəmbədəm bu suz ilə məsrurdur.

______________________Milli Kitabxana_______________________

Lüğət: Şol – O; Məstur – Gizli; Ənbiya – Peyğəmbərlər; Səlat – Birləşmə, əlaqə; Dua; Məsrur – Şad

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.