Həmdəmin heyrətdir ancaq, ayrı düşsəm yardən
Həmdəmin heyrətdir ancaq, ayrı düşsəm yardən, Neyləyim, əfsus kim, heyrətdəyəm hər kardən.
Dudi-ah etmiş qaranlıq külbeyi-əhzanımı, Ah! Əgər pərtöv yetişməzsə o məhrüxsardən.
Eşq dərdindən solan aşiqləri hərdən soruş, Lütf qıl bir şərbət, ey gül, ləli-şəkkərbardən.
Ey olan hər dərdə dərman qönçeyi-ləlin sənin, Lütfünü kəm qılma bunca aşiqi-bimardən.
Qəlbimi dildar aparmışdır özilə, neyləyim, Ömr heçdir, ayrı düşsəm qəlbdən, dildardən.
Neyləyim, bilməm, yamandır halı vurğun könlümün Çarəsin kimdən soraq bəs, hansı bir huşyardən?
Qəhr edər yarım, ona gər mahi-taban söyləyəm, Məndən ikrah eyləyər, sərvi-xuraman söyləyəm.
Gər ona canım desəm, mütləq tökər qanım mənim, Tez olar gözdən nihan, hərgah ona can söyləyəm.
Bunca hüsn ilə ki, rəşk eylər mələklər lütfünə, Varsa insan söyləyən, sanma mən insan söyləyəm.
Ey xoş ol dəm üzbəüz halım deyəm, qorxum budur Kim, pərişanlıqdan hər halı pərişan söyləyəm.
Səcdə etmək küfrdür, zahid deyir, məhrulərə, Namüsəlmanəm, ona gər mən müsəlman söyləyəm.
Yoxdur yersiz xal üzündə, böylə, bir rüxsar ilə, Doğru olmaz, gər ona şəmi-şəbistan söyləyəm.
Xəncəri-zülmü, Füzuli, lütfü ehsandır, vəli Qorxuram qəti bəlasından ki, ehsan söyləyəm.