Əsas məzmuna keç

Qəzəl

Heç zaman sən özünü tabei-əğyar eləmə

Məhəmməd Füzuli

1

Heç zaman sən özünü tabei-əğyar eləmə, Yenə bu aşiqi-sövdazədəni xar eləmə.

Daha yox tab çəkəm cövrünü, ey mahliqa! Bunca zülmü mənə, ey şuxi-cəfakar, eləmə!

Yox mənim indi o keçmişdə olan əhvalım, Məni keçmişdəki zəncirə giriftar eləmə!

Sən ki, şahsan, nə rəva, acizə zülm eyləyəsən, Gəl bu dərviş ilə sən bir belə rəftar eləmə!

Həzər et ahi-dilimdən, səni tanrı, bir də Yaralı qəlbimə, gəl, zəxmini təkrar eləmə!

Yaşamaq bəs nə imiş, bunca deyirlər bica: Içmə mey, sən həvəsi-işrəti zinhar eləmə!

Bircə yar istə, Füzuli, bu əziz ömründə, Hər vəfasız gözələ eşqini izhar eləmə!

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.