Əsas məzmuna keç

Qəzəl

Heç sənin tək görmədim bir dilbəri-hurü pəri

Şah İsmayıl Xətai

1

Heç sənin tək görmədim bir dilbəri-hurü pəri, Sərv boylu, lalə yüzlü, ğönçə ləb, məh peykəri.

Ta səni gördü gözüm, oldum özümdən bixəbər, Xanda gördü gözlərim bilmən sənin tək dilbəri?

Eşigin rizvan, özün huri, cəmalındır pəri, Rüxlərin cənnət, boyun tuba, dodağın kövsəri.

Mərhəba ey dilbəri-Şirazü şuxi-mülki-Çin, Söylədi hər kim səni gördisə Allah əkbəri.

Qaşların qanımni tökdü, su kimi ötdün rəvan, Xancəri gedərsən, ey xunxarə dilbər, xancəri?

Ey Xətayi, şol Xötən türki saçının şəmməsi Nafeyi-səhrayə saldı bəlkə müşkü ənbəri.

Lüğət: Ləb – dodaq; Məh – ay; Rizvan – behişt, behişt qapısı; Tuba – cənnət ağacı; Çin – düz, doğru, qıvrım; Rəvan – həyat, diri, axan, gedən, ruh, can; Şol – o

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.