Əsas məzmuna keç

Qəzəl

Həbiba, firqətin saldı məlalə

İmadəddin Nəsimi

1

Həbiba, firqətin saldı məlalə, Kabab oldu ürəgim həmçü lalə.

Nəsib olmuş mənə həqdən, nigara, Dilimdə gecə-gündüz ahü nalə.

Qaşın mehrabinə qıldım sücudi, Vəli münkir olan düşdü zəlalə.

Rəqibin olmasın məqsudu hasil, Əliftək qəddimi ol saldı dalə.

Boyun tuba, ləbindir abi-kövsər, Yüzün tə’nə qılır şəmsü hilalə.

Mən ol qəvvas təki can tərkin etdim, Sənin çöhrəndəki ol xəttü xalə.

Yer ilə göy bina olmazdan əqdəm Nəsimi aşiq idi ol cəmalə.

Lüğət: Həbib – Dost, sevgili; Münkir – İnkar edən; Bina – Gözlü

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.