Əsas məzmuna keç

Qəzəl

Hansı bar aşiqə kim, sən kimi canan olmaz

Seyid Əzim Şirvani

1

Hansı bar aşiqə kim, sən kimi canan olmaz, Bu müşəxxəsdi ki, cismində onun can olmaz.

Hansı bir şəhrdə kim, sən kimi qarətgər ola, Şahidəm, şəhrdə billah ki, iyman olmaz.

Nə qədər küfri-səri-zülfüvə dinin verməz, Zahidi-tirənişin hiç müsəlman olmaz.

Ruxi-gülgunə əbəs gəldi bu xətti-siyəhin, Yox davamı, gülə səbt ayeyi-quran olmaz.

Səni görsəm özüm ilə, həsədimdən ölərəm, Bu səbəbdən dəxi vəslin mənə imkan olmaz.

Məni bir yerdə o mah ilə deyib xəlqə rəqib Tarı şahiddi ki, beylə quru böhtan olmaz.

Səfheyi-xatirə nəqş oldu cəmalın əksi, Şükrlillah, mənimçün dəxi hicran olmaz.

Verdi Seyyid o bütün zülfi-pərişanına dil, Cəmdir xatiri, minbəd pərişan olmaz.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.