Hanı o mahə həmağuş olduğum gecələr
Hanı o mahə həmağuş olduğum gecələr, Şərabi-vəsl ilə mədhuş olduğum gecələr.
Siyah zülfü töküb üstümə yatan dəmlər, Bəsani-Kəbə siyəhpuş olduğum gecələr.
Zaman-zaman oxuyub yar ilə duayi-qədəh, O lalərüxlə qədəhnuş olduğum gecələr.
Düşəndə yadə, düşər şölələr dilü canə, O nari-eşqlə pürcuş olduğum gecələr.
Bəsani-seyl yetib bəhri-vəhdəti-yarə, Atıb sədaları, xamuş olduğum gecələr.
Çıxanda sövtü o şirin kəlamuvun, Seyyid, O sövtə başdan ayaq guş olduğum gecələr.