Hanı bir cövhər ola badeyi-səhbadən əvəz
Hanı bir cövhər ola badeyi-səhbadən əvəz? Mürdələr zində qılan kimdi Məsihadən əvəz?
Gər mürəkkəb edəsən aləmin əczalarını, Ola bilməz meyi-gülfami-müsəffadən əvəz.
Xublərdən necə sənsiz eləyim könlümü şad, Aləmi-surəti kim eylədi mənadən əvəz.
Görəsən zati-həq isbatına, ey İbrahim, Məhü xurşid olumi sağərü minadən əvəz?
Sanma kim, qeyr sənə mən kimi olsun, ey gül, Olumi zağü zəğən bülbüli-şeydadən əvəz?!
Hər məkanda eləyib çünki təcəlla rüxi-yar, Eybi yox məscid əgər olsa kəlisadən əvəz.
Seyyida, etmə rəha piri-müğan damənini, Kimdir ol kəs ki, ola həzrəti-mövladən əvəz.