Hamı çirağləri rövşən qılarlar axşamlar,*
Hamı çirağləri rövşən qılarlar axşamlar,* Evi silib-süpürüb yer salarlar axşamlar.
Gecə qaranlıq ola, yar-yarın axtaracaq, Küçə-küçə dolanıb oynayarlar axşamlar.
Rəfiq olan eyləyir bir-birin xudahafiz, Evə qonaq gələ, saxlayarlar axşamlar.
Şikayət eyləmə, Xurşid, xudayə şükr eylə, Qəribi dəhrdə yalqız qoyarlar axşamlar.