Əsas məzmuna keç

Qəzəl

Hali-dilimni bəndədən ol yarə söyləniz

Şah İsmayıl Xətai

1

Hali-dilimni bəndədən ol yarə söyləniz, Hicr oxu bağrımı necə bir yarə, söyləniz.

Əhvalımı sorarsa mənim ol cəfalı yar, Zarü nəzarü xəstəvü avarə söyləniz.

Gülgün yanağların ğəmü cövrü cəfalari Qıldı həvalə bağrımı yüz xarə, söyləniz.

Çox möhnətü cəfasını çəkdim, vəfa xanı? Ğəm həddən ötdü dilbəri-ğəmxarə söyləniz.

Səhrayə saldı ahuyi-çeşmin Xətayini, Ol buyi-zülfi nafeyi-tatarə söyləniz.

Lüğət: Hicr – ayrılıq; Nəzar – dərdli, qəmli; Cövr – zülm; Xarə – çaxmaq daşı, bərk daş; Çeşmi – giryan – ağlar göz

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.