HACI RÜSTƏM BƏYƏ
Ey Rüstəmi-siminbərü sərvər, gözün aydın! Vey gülşəni-dövlətdə sənubər, gözün aydın!
Əlminnətü-lilləh sədəfi-lütfi-ilahi Göstərdi bu gün lölövü gövhər, gözün aydın!
Yəni ki xuda hacıya çudü kərəmindən Bəxş eylədi fərzəndi-mütəhhər, gözün aydın!
Ol mahvücud ilə hərəmxaneyi-dövlət Ayinəsifət oldu münəvvər, gözün aydın!
Çox var idi gül gülşənü gülzardə, amma Artırdı bu gül gülşənə zivər, gözün aydın!
Bir şəm idi kim, qıldı cahan bəzmini rövşən, Ya mərdüməki-didə kim, eylər gözün aydın.
Yüz şükr ki, məqbuli-ilah oldu dualar, Məqsudü murad oldu müyəssər, gözün aydın!
Həqqində budur şamü səhər virdi-zəbanım, Etsin sənin ol xaliqi-davər gözün aydın!
Versin hacıya bir neçə övladi-mükərrəm, Qılsın səni hər ləhzə mükərrər gözün aydın!