Haçan düşür gözüm ol gülüzara ağlayıram
Haçan düşür gözüm ol gülüzara ağlayıram, Fəğan ilə dönüb əbri-baharə, ağlayıram.
Mənim bu naleyi-zarım keçir fələklərdən Ki, sübhədək gəlirəm ahü zarə, ağlayıram.
Nə xeyri mən’ eləməkdən bilirsən, ey həmdəm, Yox ixtiyar, dili-biqərarə ağlayıram.
Mən ağlaram ki, rəqibin cəfaləri çoxdur, Demə ki, az görünən lütfi-yarə ağlayıram.
Nə xeyri, yox xəbərin, ey gözəlliyin günəşi Ki, şəm tək gecələr aşikarə ağlayıram.
Vüsalə yetmək üçün şəm tək mən ağlamıram, Şəbi-fəraq yaxır qəlbi narə, ağlayıram.
Füzuli, eyləyirəm ruzigardən şikvə, Təəccüb etmə, bu bəd ruzigarə ağlayıram.