Güzərin düşsə dəri-dilbərə, ey badi-səba
Güzərin düşsə dəri-dilbərə, ey badi-səba, Yetir ərzim o güli-əhmərə, ey badi-səba!
Güli-cəfər kimi rəngim saralıb firqətdən, De bu halı o güli-cəfərə, ey badi səba!
Təlxkam olduğumu zəhri-qəmi-hicrindən, Ərzi-hal et o ləbi-şəkkərə, ey badi-səba!
Tabdən saldı kətantək bu dili-bitabı, Neyləmişdim o məhi-ənvərə, ey badi-səba?!
Peykərim peykəri-Cövza kimi, gör, oldu dü nim, Ver xəbər ol büti-məhpeykərə, ey badi-səba!
Bu qara gün ki, mənim başıma hicrində gəlib, Həq nəsib eyləməsin kafərə, ey badi-səba!
Lalətək dağı-dili-sineyi-suzanımı gör, Ver xəbər sünbülü susənbərə, ey badi-səba!
Bu Məhəmməd elədi Seyyidi-biyarı həlak, Ərz qıl rövzeyi-peyğəmbərə, ey badi-səba!