Guşeyi-əbrulərində çeşmi-cadularmıdır?
Guşeyi-əbrulərində çeşmi-cadularmıdır? Yoxsa girmiş yayə tirəndaz hindularmıdır?
Iqdi-şəbnəmdir güli-tər üzrə, yaxud hər tərəf, Qətrə-qətrə tərdən ol rüxsar üzə sularmıdır?
Iki əjdərdir ki, bir gənc üzrə baş qoymuş yatır, Ya müsəlsəl arizin dövrində geysularmıdır?
Əşki-çeşmimdir səri-zülfün xəyalilə müdam, Ya düzülmüş rişteyi-mişk üzrə lölö’lərmidir?
Sənmisən ancaq, Füzuli, böylə xublər maili1, Yoxsa eşq əhli qamu sən tək bəlacularmıdır?
Lüğət: Ariz – yanaq; başvermə, meydana çıxmaq; şikayətçi