Əsas məzmuna keç

Qəzəl

Gülüm, yolunda qəmi bihesabdır könlün

Məhəmməd Füzuli

1

Gülüm, yolunda qəmi bihesabdır könlün, İşi müsibət ilə iztirabdır könlün.

Xumar gözlərinin daima o xəstəsidir, Nə şərh edim sənə, halı xərabdır könlün.

O fəxr edər bütün aşiqlərə ki, sevgilisi Sənin kimi gözəl, alicənabdır könlün.

Sənəmlərin saçına satdı dini, imanı, Bu yolda qəsdi böyük bir səvabdır könlün.

Bir anlığa bu ağır qəmləri dağıtmaq üçün Nəcat umduğu dərman şərabdır könlün.

Kənarə düşdüyüm andan behişti-vəslindən, Mənə cəfadır işi, min əzabdır könlün.

Füzuli, sönməyəcək sinəmizdə atəşi-qəm, Əlacı yanğıya çeşmi-pürabdır könlün.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.