Gülüm, üşşaqə eşqi cilvəyi-ruxsarın öyrətdi
Gülüm, üşşaqə eşqi cilvəyi-ruxsarın öyrətdi, Fəğani, bülbüli-şeydayə ol gülnarın öyrətdi.
Görüb hüsnün gülüstanın, vuruldu laləyə bülbül, Ona gülbazlığı yalnız sənin gülzarın öyrətdi.
Nə meyxanə bilərdim mən, nə də peymanə görmüşdüm, Mən mey nəşəsin, ol didəyi-xummarın öyrətdi.
Qızıl gül üstə qonmağı utanmazlıq edən xarə Yanağın üstə qonmuş xali-ənbərbarın öyrətdi.
Alıb kipriklərindən tiri-baran dərsini oxlar, Nahaq qan tökməyi xəncərlərə qaşların öyrətdi.
Qaçarkən dayanıb hərdən dala baxmağı ceyrana. Sənin ol nazü qəmzən, şivəli rəftarın öyrətdi.
Şəfai məktəbi-əşarə şagird olmayıb bir gün, Ona şairliyi şirin şəkər göftarın öyrətdi.