Gülüm, hər ləhzə dilindən tutar azar məni
Gülüm, hər ləhzə dilindən tutar azar məni, Sancar ol bərgi-gülündən yetişən xar məni.
Bacarar zəfi-tənim gizlədə əğyarımdan, Naleyi-zarım əgər etməsə izhar məni.
Məni təklik qəmi öldürdüsə, imdadım üçün Bu qədər nalə ilə görmədi bir yar məni.
Mənim ülfət evimə yox yolu azadələrin, Tapar ol kəs ki, ola dərdə giriftar məni.
Yanıb, ey şəm, onun məclisinə yol tapdın, Qulunam, eylədi ustad bu ətvar məni.
Düşərək torpağa hər yerdə döşənnəm xəli tək, Bircə kölgəmdi bilən dəhrdə qəmxar məni.
Ey Füzuli, fələyin olmadığından mehri, Eyləyər ləhzədə bir mahə giriftar məni.