Əsas məzmuna keç

Qəzəl

Gülşənlər içrə gər açıla səd həzar gül

Seyid Əzim Şirvani

1

Gülşənlər içrə gər açıla səd həzar gül, Sənsiz, gülüm, gəlir gözümə nişi-xar gül.

Sənsiz, təsəvvür etmə, gedim seyri-bağə mən, Səhni-çəməndə gər açıla hər bahar gül.

Döndərdi bülbülün ürəgin qanə, aqibət Öz tutduğu işindən olub şərmsar gül.

Gər kəsməsəydi bülbüli-zarın qərarını, Olmazdı aqibət özü həm biqərar gül.

Aşiq çəkərdi gülşənə müjgan ilə həsar, Gər göstərəydi bülbülə bir etibar gül.

Gör zülm payəsin ki, şəhi-müstəqil ikən, Təxtindən oldu beş gün içində kənar gül.

Bir gülüzar toprağıdır kim, nümüvv edər Hər xakdən ki, çöhrə qılır aşkar gül.

Zülfü rüxün xəyalı ilə zövqlər edər, Həmdəm olubdu Seyyidə leylü nahar gül.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.