Əsas məzmuna keç

Qəzəl

Gülrüxüm, sərvqədim, canına canimdı fəda

Məhəmməd Füzuli

1

Gülrüxüm, sərvqədim, canına canimdı fəda, Ma bəda qəbləkə ma fiykə minəl-hüsni bəda1

Səndən özgə gözələ vermərəm aləmdə könül, Əkrəhüş-şirkə fəla üşrikü Rəbbi əhəda2.

Çox çətindir bu tərəddüd yolu eşq əhli üçün, Keyfə la əhmədü mən səhhələ əmri və hüda3.

Eşqinin zövqü əzəl gündən olubdur mənə yar, Tabə li yəcələhüllahü rəfiqi əbəda4.

Kəbəyi-məqsədə yol tapmadım, azdım yolumu, Mənə yol göstər, ola yavərin aləmdə xuda.

Nəqd canı nə rəva boş yerə sərf eyləyəsən, Göstər ol gül üzünü ta eləyim canı fəda.

Bu qədər sorma Füzuli necə mənsiz keçinir, Nə olar hali ki, səndən düşə hər kimsə cüda.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.