Əsas məzmuna keç

Qəzəl

Güldən almış ziynəti ol türfə dəstarın sənin

Məhəmməd Füzuli

1

Güldən almış ziynəti ol türfə dəstarın sənin, Hər yana saçmış qığılcım odlu rüxsarın sənin.

Hüsnü rüxsarın əgər güldən gözəlsə, yox əcəb, Bir qızıl gülsən, bütün güllər olub xarın sənin.

Sevgilim, rəngi-rüxündən güllər oldu sinəçak, Qönçə bağrın qan edib ləli-göhərbarın sənin.

Güldəki naz eyləməz heç qəlbə təsir, ay gözəl, Gül nə bilsin qəmzəni, işvə olub karın sənin.

Gəldi keçdi gül, fəqət biz etina da etmədik, Çünki vardır qəlbimizdə zövqi-didarın sənin.

Bağdakı sərvü sənubərlər məlahətsiz deyil, Leyk onlardan gözəldir incə rəftarın sənin.

Eşq zövqündən, Füzuli, sözlərin xali deyil, Xəlqi məftun eyləmişdir hüsni-göftarın sənin.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.