Gül yüzün kim, düşmüş ol zülfi-pərişan üstünə
Gül yüzün kim, düşmüş ol zülfi-pərişan üstünə Bir bulutdur kim, düşübdür mahi-taban üstünə.
Arizin üstə düşübdür qətrə-qətrə ol ərəq, Sanasan şəbnəmdürür, düşmüş gülüstan üstünə.
Zülf çin olmuşdurur, hər dəm düşər şol arizə, Zülməti-dövrani gör kim, düşmüş iman üstünə.
Şol rəqibi-divi gör kim, kuyinə hökm eyləmiş, Şoylə kim, qəsd eylər ol mülki-Süleyman üstünə.
Bu Xətayi yüzün üstə zülfini görgəc dedi: – Zülməti görün, düşübdür abi-heyvan üstünə.
Lüğət: Taban – parlaq; Ariz – yanaq; Çin – düz, doğru, qıvrım; Şol – o; Abi – həyat – dirilik suyu