Gül camalından uzaq hər yerdə yatdım, ey nigar
Gül camalından uzaq hər yerdə yatdım, ey nigar, Göz yaşım axdı, çəkildi dövrəmə gildən divar.
Dün gecə bir şəm ilə həmdərd idim, gördüm onun, Hər nə var qəlbində, olmuşdur dilində aşikar.
Bir günəş həmsayəm oldu, ondan aldım nuru mən, Ay kimi yüksəldim, ol nur ilə qıldım iftixar.
Canlı bir Şirin ilə bir dəm oturdum üz-üzə, Gördü bu əhvalı yüz Fərhad, öldü xarü zar.
Əql qorxuzmazdı öz hökmüylə mən divanəni, Çünki zəncirim zireh olmuş mənə, eşqim həsar.
Afərin, ey badə, çatdın bir qayıq tək dadıma, Qərq olardım yoxsa qəm bəhrində mən biixtiyar.
Dinü dünyadan əlim çıxmış, Füzuli, neyləyim? Aşiqəm mən, qoymamışdır eşq məndə etibar.