Əsas məzmuna keç

Qəzəl

Gözümdə nur, bu cismimdə bir əziz cansan

Məhəmməd Füzuli

1

Gözümdə nur, bu cismimdə bir əziz cansan, Nə faidə ki, gözümdən həmişə pünhansan.

Rəqiblərim bu qədər çoxsa, var bunun səbəbi, Gözəllik ölkəsinə sən yeganə sultansan.

Fəğanı ərşə çıxan bir elə rübabəm ki, Cahanı güldürərəm bircə sən məni ansan.

Fələk qədər mənə cövr etdin, ey ayüzlü sənəm, Fələkmisən bu təbiətlə, ya ki, insansan?

Dua qılanda mənə canıma bəla yetdi, Dualarından özün yoxsa sən peşimansan?

Könül səni aradı, can ayağına düşdü, Biri məkanın olub, digərinə mehmansan.

Füzuli dərdinə heç yerdə tapmadı dərman, Ümidi tək sənədir, çarə eylə, loğmansan.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.