Əsas məzmuna keç

Qəzəl

Gözüm səndən siva rüxsarəyə gər baxsa kur olsun

Seyid Əzim Şirvani

1

Gözüm səndən siva rüxsarəyə gər baxsa kur olsun, Deyim bundan bətər, vəslindən ey məhparə, dur olsun.

İlahi, qanə dönsün qeyr yadın eyləsə könlüm, Gözüm çıxsın, baxa sənsiz, əgər qilmanü hur olsun.

Gözün yadilə könlümdə, əcəb yox, olmasa işrət, Nə mümkündür, gözüm, bimar olan evdə sürur olsun?

Qüruri-hüsn edib, ey mişkxət, məndən kənar olma, Nədir nöqsan Süleymanə əgər həmbəzm mur olsun.

Olub binur hicri-arizində dideyi-Seyyid, Üzündən dur olan gözdə nə mümkündür ki, nur olsun!

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.