Əsas məzmuna keç

Qəzəl

Gözlərindən çağrışırlar, dadlar, bidadlar

İmadəddin Nəsimi

1

Gözlərindən çağrışırlar, dadlar, bidadlar, Tiğə dutdu kirpigin puladlar cəlladlar.

Dilbərin bilişlərindən sorgil eşqim xarını, Aşina bilməz bu halı, xanda bilsin yadlar?

Kim ki, eşqin vəsfini ögrənməgə şagird ola? Qoydular adın anın ustadlar, ustadlar.

Dabanımdan yardılar başdan ayağa soydular,1 Almadılar dadımı bidadlar, Şəddadlar.

Çün bıçaq ürəgə yetdi cigərim dərd eylədi, Ağladı canım qamu fəryadlar, fəryadlar.

Həqqə vasilsən, Nəsimi, bigümanü şübhəsiz, Binəhayət dini açdın gör qamu əfradlar.

1 Aşağıdakı beyt əlavədir: Çün dilərdi vasil olmaq yar ilən könlüm, vəli, Qoy necə soyursa soysunlar pəlid qəssablar.

______________________Milli Kitabxana_______________________

Lüğət: Bidad – Zülm; Aşina – Tanış, dost

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.