Əsas məzmuna keç

Qəzəl

Gözlərin rəmzi müəyyən göstərir vən-naziat

İmadəddin Nəsimi

1

Gözlərin rəmzi müəyyən göstərir vən-naziat, Qaşların məqhur edibdir ləşkəri-vəl-adiyat.

Təl’ətin qibləsinə ta qıldılar candan sücud, Müslümatü mö’minatü təyyibatü abidat.

Əhli-ülvi, qövmi-süfli, əqli-külli dedilər, Üzünə şəmsüz zühavü saçına vəl-mürsəlat.

Müştəri, Bəhramü Keyvan, Tirü Zöhrə, Mehrü Mah Hüsnünə təhsin oxurlar rüb’i-məskun, şeş cəhat.

Gər təfəhhüs qılsa kimsə şərqü qərbü tulü ərz, Bulmayanlar sənə bənzər məfxəri-mövcud zat.

Ərz qılsam qamətindən, həşr olur yövmül-qiyam, Söyləsəm kövsər ləbindən, məhv olur abi-həyat.

Səni könüldən Nəsimi sevdi, ey arami-can, Cani-canansan, həqiqət, hüsnünə canlar zəkat.

Lüğət: Məqhur – Qəhr edilmiş; Ləşkər – Qoşun; Süfl – Aşağı, bünövrə; Təhsin – Yaxşılaşdırma, bəyənmə; Təfəhhüs – Soruşma, axtarma; Ərz – Yer; Yövmül – hesab – Hesab günü, qiyamət günü Z

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.