Əsas məzmuna keç

Qəzəl

Gözləri meyxanədir, meyxanəyə göndərmişəm

Şah İsmayıl Xətai

1

Gözləri meyxanədir, meyxanəyə göndərmişəm, Ləbləri peymanədir, peymanəyə göndərmişəm.

Dilbərin ağzı sədəfdir dedilər, hey dilbəra, Dişləri dürdanədir, dürdanəyə göndərmişəm.

Gözləri fəttanədir, saxla özün fəttanədən, Ol xədəngi qəmzəni fəttanəyə göndərmişəm.

Canımın cananəsidir şol nigarın ğəmzəsi, Canıma nuş eylədim, cananəyə göndərmişəm.

Yandırır gör dəmbədəm eşq odilən dilxəstəni, Nuri-vahiddir bu gün, pərvanəyə göndərmişəm.

Bu Xətayi söylədi: – Zülmat içindədir yəqin, Yar mana həmxanədir, həmxanəyə göndərmişəm.

Lüğət: Peymanə – qədəh, piyalə; Xədəng – ox; Şol – o; Nigar – sevgili, bəzəkli; Nuri – rəhman – ilahi nur

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.