Əsas məzmuna keç

Qəzəl

Gözəllər eşqinə düşdüm, nə çox cövrü cəfa gördüm

Məhəmməd Füzuli

1

Gözəllər eşqinə düşdüm, nə çox cövrü cəfa gördüm, O zülmü görməsin kafər ki, mən bəxti qarə gördüm.

Baxıb başdan-başa Leyliylə Məcnun macərasında, Sənin hüsnünlə öz dərdimə aid macəra gördüm.

Baxarkən surəti-nəqşinə Şirin ilə Fərhadın, Özümdən bir nişanə, səndən əksi-dilrüba gördüm.

Dedim, bəlkə görəm gül cismini çaki-giribandan, Ipək köynək qədər əndamını həm basəfa gördüm.

Dünən zülfün açırdın, mənsə durmuşdum tamaşayə, Onun hər həlqəsində yüz könüldür mübtəla, gördüm.

Üzün gördükdə min zahid həsəddən bütpərəst oldu, Neçə min də birəhmən büt qırar, ey məhliqa, gördüm.

Füzuli, ağlarikən mən gülərsə şam, deyil bica, Ki, mən də gülməyi şam ağlayan dəmdə rəva gördüm.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.