Əsas məzmuna keç

Qəzəl

Gözəlim xəlqə əyandır bu əyan içməyimiz

Məhəmmədəli Şəfai

2

Gözəlim xəlqə əyandır bu əyan içməyimiz, Nə gərəkdir daha bu gizli, nihan içməyimiz.

Biz ki, rüsvayi-cahanik nə utanmaq, nə hicab. Çoxdan olmuş belə məşhuri-cahan içməyimiz.

Tələbi-nəfsə əsir olmuşuq əvvəldən biz, Məhv edib əqlimizi xeyli zaman içməyimiz.

Nikü bəd rahinə zahid nə gərək dəvətiniz, Bizi yoldan çıxarıb yaxşı-yaman içməyimiz.

Badə ver saqi, əlac eylə bu bədməstliyə, Yoxsa verməz bu şirin canə aman içməyimiz

Yer üzü oldu Şəfai yenə qan dəryası, Münsif ol, bəsmi deyil bunca bu qan içməyimiz.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.