Əsas məzmuna keç

Qəzəl

Gözəlim, hər gözələ mehrü məhəbbətimiz var

Məhəmmədəli Şəfai

4

Gözəlim, hər gözələ mehrü məhəbbətimiz var, Hər gülə bülbüli-şeyda kimi rəğbətimiz var.

Badəi-eşqilə məstik, nə meyi-nabilə biz, Məstü hüşyarlərik, aləmə şöhrətimiz var.

Yarımız, munisimiz, sevgilimiz insandır, Demərik kimsəyə əğyar, ona nifrətimiz var.

Hər kəsi can ilə canan çağırıb can deyərik. Sevgidir sevdiyimiz eşqilə ülfətimiz var.

Çıxmışıq vəhşiliyin qorxulu səhrasından, Elmü ürfan ilə indi mədəniyyətimiz var.

Yurdumuzdur kürəi-ərz, elimiz novi-bəşər, Hökmi-qanuni-təbiətlə təriqətimiz var.

Sülh dünyasını biz dildə şüar eyləmişik, Qorumaqçın onu dünya boyu qüdrətimiz var.

Daha vəsf eyləmə zahid, o cahan cənnətini, Sən bizim gör bu cahanda neçə cənnətimiz var.

Min qəzəl yazsa qələm, sevgi sözü qurtarmaz, Sevgi vəsfində Şəfai, hələ söhbətimiz var.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.