Gözəlim, gözlədiyim can olacaqsan, bilirəm
Gözəlim, gözlədiyim can olacaqsan, bilirəm, Vasili-vəsləti-canan olacaqsan, bilirəm.
Qəm yemə, qəlbini şad eylə ki, şad günlər var, Bir gün azadəi-hicran olacaqsan, bilirəm.
Gəlmə əfğanə, nəva eyləmə bülbüllər tək, Açılıb gül kimi xəndan olacaqsan, bilirəm.
Talein parlayacaqdır günəşin nuru kimi, Feyzi-bəxşəndəi-dövran olacaqsan, bilirəm.
İki günlük bu faqarət gedəcək, qalmayacaq, Sahibi-neməti-əlvan olacaqsan, bilirəm.
Eşq səhrası yerimdir, demə sərgərdanəm, Sahibi-neməti-əlvan olacaqsan, bilirəm.
Dərsin ali dərəcə yoxdusa, qəm yoxdur ona, Dərk ilə həmdəmi-ürfan olacaqsan, bilirəm
Giləlik eyləmə iqbalıva, xoş vəqt çatıb, Bəxtəvər təxtinə soltan olacaqsan, bilirəm.
Qabilim, sən də Şəfai atavun tayı olub Bu xumar gözlərə heyran olacaqsan, bilirəm.