Əsas məzmuna keç

Qəzəl

Göz yaşımdan suzi-pünhanım edər arif qiyas

Məhəmməd Füzuli

1

Göz yaşımdan suzi-pünhanım edər arif qiyas, Bixəbər təsiri-əncümdən degil əxtərşünas.

Qandürür kim, dəmbədəm gözdən yenib, örtər tənim, Dəşti-qəm Məcnuniyəm, mən qandanü qandan libas?

Xiştlər tək bir-biri üzrə cigər pərkaləsin, Göz yığıb salmış hübabi-xun binasiçün əsas.

Ey sanan julidə mu başında Məcnunun, saqın, Bitəkəllüf getmə kim, Leyli evidir ol pəlas.

Ləhzə-ləhzə xəm qədim peykanın istər, ya qılır, Zərrə-zərrə mahi-nov xurşiddən nur iqtibas.

Tiği-qəmzən öylə bürrandır ki, cəlladi-əcəl Töksə qan tə’cil üçün tiğindən eylər iltimas.

Ey Füzuli, zəhri-qəhrilə doludur tasi-çərx, Çəkməz onun qəhrini hər kim, çəkər bir dolu tas.

Lüğət: Əncüm – ulduzlar; Əxtərşünas – münəccim; Xişt – kərpic; Hübab – suyun üzərində əmələ gələn qabarcıq, köpük; Julidə – dağınıq, qarmaqarışıq. K; Peykan – ox

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.