Əsas məzmuna keç

Qəzəl

Göz yaşım ətrafıma dərya kimi çəkmiş hasar

Məhəmməd Füzuli

1

Göz yaşım ətrafıma dərya kimi çəkmiş hasar, Nə yerim var qalmağa, nə qaçmağa bir çarə var.

Mehr salmazlar gözəllər binəva aşiqlərə, Eşq bağında gül açmaz, il boyu olsa bahar.

Etməyir kimsə şikayət eşqdən bu şəhrdə, Bu diyar içrə məgər yoxdur gülüzlü bir nigar?

Həmdəmi vəhşilər olmuş çöldə mən divanənin, Şəhr qazisinə əvvəldən yoxumdur etibar.

Təkcə başım düşməmişdir zülfünün sevdasına, Mən kimi düşmüş bu sevdayə hamı biixtiyar.

Böylə kim, sən öldürürsən binəva aşiqləri, Asitanın torpağı olmuş yəqin bir laləzar.

Ey Füzuli, hər zaman könlündə var bir arizu, Könlünü dildarə vermişsən, olubsan biqərar.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.