Əsas məzmuna keç

Qəzəl

Göz qarası əşki-gülgunimdə xalın sədqəsi

Məhəmməd Füzuli

1

Göz qarası əşki-gülgunimdə xalın sədqəsi, Əşki-gülgunim güli-rüxsari-alın sədqəsi.

Dudi-ahimdən qararmış zarü sərgərdan tənim, Atəşin rüxsar üzə mişkin hilalın sədqəsi.

Şövqi-vəslin yandıran naqis vücudum, mah tək Zərrə-zərrə afitabi-bizəvalın sədqəsi.

Aşiyani-təndə mürği-ruhi etmən tərbiyət, Olmasa pərvanə tək şəm’i-cəmalın sədqəsi.

Hicranə başım fəda olsun ki, canım almadın, Etdim axir müjdeyi-zövqi-vüsalın sədqəsi.

Yusifi-gümgəştə kimdir kim, sana manənd ola? Yüz ona manənd hüsni-bimisalın sədqəsi.

Əfv edər xidmətdə hər nöqsanımız piri-müğan, Ey Füzuli, canımız əhli-kəmalın sədqəsi.

Lüğət: Gülgun – gül rəngli, gül üzlü; Aşiyan – yuva, sığınacaq yeri; Manənd – kimi, bənzər

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.