Əsas məzmuna keç

Qəzəl

Göz könüldən, qəlb gözdən çox, inan, istər səni

Məhəmməd Füzuli

1

Göz könüldən, qəlb gözdən çox, inan, istər səni, Qəlb gözdən, göz könüldən hər zaman istər səni.

Gözlərim içrə bəbəklər sadədil bir körpə tək Bilməyirlər fitnəsən, çox mehriban istər səni.

Ağlamaq bihudədir, gözdən silinməz nəqşlər, Nəqş olub qəlbimdə zülm, ancaq bu can istər səni.

Sinədə mehrin yaşar, nəqşin gözümdə yer tutub, Sinəmə gözdən axar su, binişan istər səni.

Bağlanıbdır zülfünün zəncirinə qəndil kimi, Xəstə könlüm odlanar, eylər fəğan, istər səni.

Tərk qıldı kuyini dostlar Füzulidən səvay, Tək o salmış asitanında məkan, istər səni.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.