Əsas məzmuna keç

Qəzəl

Götür niqabını xəlqə görün, ey şəmsü qəmər

İmadəddin Nəsimi

1

Götür niqabını xəlqə görün, ey şəmsü qəmər, Görüb utana ləbindən nabatü şəhdü şəkər.

Gözünü nərgisə kimdir ki, bənzədir, yarəb, O qafil bixəbər gör kim, necə qıldı nəzər.

Əbirü ənbər utandı camalını gördü, Saçın xəyalına irməz məşami-badi-səhər.

Əzəl günündə oxudum üzündə uş taha, Bu rəmzi kim, anı heç kimsə verməmişdi xəbər.

Səni bu lütf ilə kimdir deyən ki, ey dilbər, Bu surət ilə sana kim dedi ki, üştə bəşər?

Əzəldə düşdü camalın təcəllisi Tura, Ya Musa, anı mana sor ki, yandı nara şəcər.

Həqi bu rəsm ilə tanı, dəxi həqiqət bil Ki, həq ilə yerü göy dopdoludur bəhr ilə bər.

Hur ilə insü mələk bəndə oldu cümlə sana, Bu hüsnə aşiq olmayanın adı oldu həcər.

Qələndər ilə təcrid, fəna – üçü birdir, Nə qəm, bu üçünə aləm olursa zirü zəbər.

Irişdi mö’cüzü həqqin Nəsimiyə çünkim, Anın üçün ki, ana həq dedilər əhli-nəzər.

Lüğət: Qəmər – Ay; Şəhd – Bal; Təcəlli – Əzəmətli zühur etmə; Şəcər – Ağac; Bəhr – Dəniz; Həcər – Daş

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.