Əsas məzmuna keç

Qəzəl

Göstərir məscidi zahid ki, bu iyman yoludur

Seyid Əzim Şirvani

1

Göstərir məscidi zahid ki, bu iyman yoludur, Bunu da bil ki, könül, meykədə ürfan yoludur.

Kəbəyə əhli-həqin batini-dildəndi yolu, Qeyri yol getsən əgər, quli-biyaban yoludur.

Qorxuram getməyəsən Kəbəyə, ey ərabi! Getdigin rah müxalifdi, bu şeytan yoludur.

Tut könül, ali-Əli damənini, eyləmə qəm, Get bu yoldan ki, bu yol Buzərü Səlman yoludur.

Demə meyxanə yolun rahi-zəlalət, vaiz! Oğlun ölsün, bir ayıl, bu Şəhi-mərdan yoludur.

Kuyi-cananə yetişməksə muradın, Seyyid, Tərki-can eyləmək ol mənzilin asan yoludur.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.