Əsas məzmuna keç

Qəzəl

Görüşün nur verir dideyi-xunbarımıza

Məhəmməd Füzuli

1

Görüşün nur verir dideyi-xunbarımıza, Vəslətin mərhəm olur sineyi-qəmxarımıza.

Dərd-sərsiz çatırıq vəslinə, bundan başqa Şükri-nemət nə gərəkdir, gözəlim, karımıza?

Qəm idi həmdəmimiz, bizdən uzaqlaşdı o da, Çünki tab eyləmədi dideyi-xunbarımıza.

Olmadı istəyimizcə fələyin dövrani, Rəhmi gəlmişdir onun ahi-dili-zarımıza.

Asiman qarşımıza açdı səlamət qapısın, Getdi qəm, verdi şəfaət dili-bimarımıza.

Qalmadı dövri-fələkdən daha bir vahiməmiz, Bir də yetməz əli çərxin bizim azarımıza.

Ey Füzuli, daha şükr eylə ki, zülmət gecəsi Görsənir nuri-səhər dövləti-bidarımıza.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.